Map Graph

Sterleqov boğazı

Sterleqov boğazı — Rıbnıy yarımadasını Pesçovıy adasından ayırır. Krasnoyarsk diyarı Taymır rayonu ərazisinə daxildir. Şimal Buzlu okeanının Kara dənizi daxilində yerləşir. Uzunluğu 20 km, eni 4,5–10 km, dərinliyi 14 metri keçmir. Mərkəzi hissədə 5-6 metrdir. Şimal sahilində Trenoq, Ryozançev, Zapadnıy, cənub hissədə Nacalnıy, Dvuqorıy, Nizmennıy, Priboynıy burnuları vardır. Pesçovıy adasından boğaza çoxlu arx tökülür. Şimal-qərb hissədə sahəsi sotlarla ölçülən Drovyanoy və Qolıy adaları vardır. Sahillərində yaşayış məntəqəsi yoxdur. Ərazidəki adalar ərazisi <<Böyük Arktika>> qoruğuna daxildir, Qoruq 1993-ci ildə təsis edilir. Boğaz şimal buzlu okeanına təşkil edilən ekspedisiyanın üzvü rus qütb araşdırmaçısı Dmitri Vasilyeviç Sterleqovun şərəfinə adlandırılır.

Read article
Fayl:Plavnikovyye_ок.pngFayl:Russia_physical_location_map_(Crimea_disputed,_compressed).jpg