Map Graph

Starik-Kamen

Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həm də dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı. Hazırda bu qəbrin üzərinə yeni bir taxta xaç quraşdırılıb. Karpuşixa kəndindən bura bir yol gəlir. Meşə yolu Poludennaya Şaytanka çayı boyuncadır. Nijni Tagil, Nevyansk və Yekaterinburqdan dağlara gələn onlarla insan məzarın başında toplanır.

Read article
Fayl:Starik-kamen.JPGFayl:Russia_physical_location_map_(Crimea_disputed,_compressed).jpgFayl:Relief_map_of_Urals_Federal_District.svg