Map Graph

Qaraxanlı (Ağcabədi)

Ağcabədi rayonunda kənd

Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.

Read article
Fayl:Azerbaijan_adm_location_map.svgFayl:Aghjabadi_District_in_Azerbaijan_2021.svg