Map Graph

Qırmızı Ordu boğazı

Qızıl Ordu boğazı rus. Прoлив Красной Армии - Oktyabr İnqilabı adasını Komsomoles (ada) və Pioner adalarından ayırır. Şimal Buzlu okeana daxil olan Kara dənizində yerləşir. Uzunluğu 110 km., eni 10–18 km., dərinliyi 460 m. təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. İl boyu buzla örtülü olur və təsadüfü vaxtlarda buzdan azad olur. Boğazda Mostovıy, Kaştanki,Vısokiy, Otkritıy və İzvestnyanovıy adaları, Kammunar, Sedova arxipelaqları vardır. Sahillərində Poslednıy, Kommunar, Yunost, Obristıy (Komsomoleç), Ojidanıy Korrenıy (Pioner), Qvardeycev, Starıy, Oktyabrski, Sovetski, Serp i Molot burunları vardır. Mərkəzi hissədə Yunıy boğazı yerləşir. Qərb hissəsində Bazovnaya, Mostavaya, Pyatnistaya, mərkəzi hissəsində isə Sovetski buxtası yerləşir. Boğaza Obrisyıy, Bolşaya, Klikovay, Svitaya çayları axır.. Bu coğrafi obyekt Qızıl Ordunun şərəfinə adlandırılmışdır.

Read article
Fayl:Severnaya_Zemlya.svgFayl:Russia_physical_location_map_(Crimea_disputed,_compressed).jpg