Mehrqarh
Mehrqarh — Pakistanda Bəlucistan əyalətinin Kacçi düzənliyində yerləşən neolit dövrünə aid arxeoloji ərazi. Bolan keçidinin yaxınlığında, Hind çayının qərbində və Pakistanın Kvetta, Kalat və Sibi şəhərlərinin arasında yerləşir. Ərazi 1974-cü ildə fransız arxeoloqları Jan-Fransua Jarrij və onun həyat yoldaşı Ketrin Jarrijin rəhbərlik etdiyi arxeoloji qrup tərəfindən aşkar edilmişdir. Mehrqarh 1974–1986-cı illərdə və 1997-ci ildən 2000-ci ilə qədər fasiləsiz olaraq qazılıb. Altı kurqanda arxeoloji material tapılıb və ərazidən 32.000-ə yaxın artefakt toplanıb. 495 akr ərazinin şimal-şərqində yerləşən Mehrqarhdakı ən erkən yaşayış məntəqəsi eramızdan əvvəl 7000-ci il ilə eramızdan əvvəl 5500-cü il arasında olan kiçik əkinçilik kəndi idi.
Read article