Map Graph

Luşan

Luşan və ya Mount Lu — qədim zamanlarda Kuanglu (匡庐) adı ilə bilinən, Çinin cənub-şərqindəki Szyansi əyalətinin şimal hissəsindəki ən məşhur dağlardan biridir. Oval formalı dağlar təxminən 25 km uzunluğunda və 10 km genişliyindədir. Şimalda Şanxay şəhəri və Yanszı çayı, cənubda Nançanq şəhəri və Poyanq gölü ilə əhatə olunmuşdur. Dağın ən yüksək nöqtəsi Dahanyang təpəsidir və dəniz səviyyəsindən 1474 metr yüksəklikdədir. Mount Lu dağı möhtəşəmliyi, dikliyi və gözəlliyi ilə seçilir və Lushan Milli Parkı 1996-cı ildən bəri YUNESKO-nun Dünya İrsinə daxil edilmişdir və xüsusilə yay aylarında hava soyuduğunda bu yer turistləri özünə cəzb edir. Lushan Çindəki Qərb missionerləri üçün yay kurortu idi. Perl Bakın atası Avessalom Sidenstriker dağda daşınmaz əmlak alan ilk beş missionerdən bir idi.

Read article
Fayl:庐山日出.JPGFayl:China_edcp_relief_location_map.jpgFayl:Lu_Shan-Jiangxi4_by_KongFu_Wang.jpgFayl:Lushan_Mountain_Celetial_Cave.JPGFayl:庐山牯岭.JPGFayl:庐山美庐.JPGFayl:庐山老教堂.jpgFayl:庐山礼拜堂.jpgFayl:芦林湖.JPGFayl:庐山东林寺大雄宝殿.JPGFayl:白鹿洞书院五院之一.JPGFayl:Lofty_Mt.Lu_by_Shen_Zhou.jpgFayl:Mount_Lushan_-_fog.JPG