Map Graph

Hasəki Külliyəsi

Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır.

Read article
Fayl:Haseki_complex_1358.jpgFayl:Haseki_Sultan_Complex_Gurlitt_1912.jpg