Map Graph

Hacıməlik

Hacıməlik — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.

Read article
Fayl:Azerbaijan_adm_location_map.svgFayl:Goygol_District_in_Azerbaijan_2021.svg