Map Graph

Digah (Masallı)

Digah — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.

Read article
Fayl:Azerbaijan_adm_location_map.svgFayl:Masally_District_in_Azerbaijan_2021.svg