Map Graph

Deyvis dənizi

Deyvis dənizi -Cənub okeanının akvatoriyasında ,Antarktidanın şərqində, Həqiqət Sahili və Kraliça Meri torpağı sahillərində yerləşir. Qərb sahili Manisov burnu, şərqində Qərb şelf buzlağı ,cənubda isə Həqiqət sahili və Vise burnu vardır. İl boyu buzla örtülü olur. Dənizin sahəsi 21.000 km², orta dərinliyi 571 m, ən dərin yeri 1369 m təşkil edir. Duzluğu 33,0-33,5 ‰-dir. Dənizin daxilində Driqalskoy adası yerləşir. Onun ərazisi 204 km² təşkil edir. Dəniz 1912-ci ildə Avstraliya Antarktika ekspedisiyası tərəfindən kəşf edilir. D.Mauson <<Avrora>> gəmisinin kapitanı D.K.Deyvisin şərəfinə adlandırmışdır. O ekspedisiyada ikinci şəxs olmuşdur. 13 fevral 1956-cı ildən burada Sovet <<Mirnıy>> stansiyası fəaliyyət göstərir. Dənizin dib relyefinə gəldikdə sahilə yaxın yerlərdə şelf ,şimala doğru getdikcə isə okean qabığına keçir. Cənub artik qurşağı daxilində yerləşir. İqlimi qışda çox sərt olur. Qışda temperatur -12,-16 s təşkil edir. Ən sərt temperatur -28,-32 s olur. Bu zaman buludlu və qarlı hava olur. Yanvar ayında şimalda 0 C, mərkəzdə -2 c, sahildə isə -4 C olur.

Read article
Fayl:Antarctic-seas-en.jpgFayl:Antarctica_relief_location_map.jpg