Map Graph

Braziliya coğrafiyası

Braziliya — Cənubi Amerikada dövlət. Cənubi Amerika materikinin mərkəzi və şərq hissəsindədir. Şimalda Venesuela, Qayana, Surinam, Fransa Qvianası, şimal-qərbdə Kolumbiya, qərbdə Peru və Boliviya, cənub-qərbdə Paraqvay və Argentina, cənubda Uruqvay ilə həmsərhəddir; quru sərhədinin uzunluğu 16 145 km-dir. Şərqdə Atlantika okeanı ilə əhatələnir; sahil xəttinin uzunluğu isə 7491 km-dir. Ərazisinə və əhalisinin sayına görə Braziliya dünyada 5-ci, Latın Amerikasında isə ən böyük dövlətdir. Sahəsi 8,5 mln. km². Əhalisi 190,8 mln. (2010). Paytaxtı Brazilia şəhəridir. Rəsmi dil portuqal dili, pul vahidi realdır. İnzibati cəhətdən 26 ştata və 1 Federal dairəyə bölünür.

Read article
Fayl:Brasil_Satellite.jpgFayl:Pico_da_Neblina.jpgFayl:Campo12Foto_2.JPGFayl:Brazil_temp_1977.jpgFayl:Brasil_Bacias_hidrograficas.svgFayl:Cataratas.jpgFayl:Brazil_veg_1977.jpgFayl:Gamba-bolsa.jpg