Blida (şəhər)
Blida — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Ölkənin paytaxtı Əlcəzair şəhərindən təqribən 45 km cənub-qərbdə, Tell-Atlas silsiləsinin ətəyində, dəniz səviyyəsindən 260 m yüksəklikdə yerləşir. Əhalisi 2008-ci ilin məlumatına görə 163586 nəfərdir. Blida adı ərəbcə şəhər mənasını verən "bəlda" sözündəndir.
Read article