Baltoro buzlağı
Baltoro — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq (şimalda) və Maşerbrum (cənubda) silsilələri arasında yerləşir. Ərazi Kaşmir ərazisi tərkibində olmaqla Pakistan tərəfindən nəzarətdədir. Avropalı tədqiqatçılar ilk dəfə Baltoro buzlağına XIX əsrdə gəlib çatmışlar. 1856-cı ilin avqustunda Adolf Şlaqintveyt ilk dəfə olara buzlağı tədqiq etmişdir.
Read article