Map Graph

Ağrı vadisi

Ağrı vadisi — Şərqi Anadolu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir. Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Rütubətli isti yaya malikdir. Ağrı vadisi Ermənistanın ümumi ərazisinin 4% təşkil edir. Bununla belə Ermənistanın təsərrüfatı istehsalının 40% verir. Vadinin Ermənistan hissəsi əkinçiliyə cəlb edilmişdir. Vadi əsasən Araz və onun sol qolları ilə suvarılır. Bölgə üzüm, meyvə becərilməsi üçün əlverişlidir.

Read article
Fayl:Երեւանի_համայնապատկեր_արշալոյսին.JPGFayl:Caucasus_topo_map-blank.svgFayl:Relief_Map_of_Armenia.pngFayl:Khor_Virap.jpgFayl:Ararat_frog_0001.jpgFayl:Ararat_Plain,_Sunrise,_Armenia.jpgFayl:Ararat_Plain,_Armenia.jpgFayl:Ararat-brume.jpgFayl:Salt_Desert_Yeraskhahun.jpg