Atlantik okean
okeanAtlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir. " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur.
Read article