Akşiyrak
Akşiyrak — Mərkəzi Tyanşanda, Qırğızıstanda dağ silsiləsi. Uzunluğu 55 km, hündürlüyü 5,126 metrə qədərdir. Metamorfik şistlər, əhəngdaşı, qranit və s.-dən ibarətdir. Sırdərya çayı hövzəsindəki Narın və Tarım çayı hövzəsindəki Sarısac çaylarının suayrıcısıdır. Buzlaqların sahəsi 439 km2-dir.
Read article