Map Graph

Akaba körfəzi

Akaba körfəzi ya Əqəbə körfəzi — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 239 km², sahil xəttinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.

Read article
Fayl:Sinai_Peninsula_from_Southeastern_Mediterranean_panorama_STS040-152-180.jpgFayl:Egypt_relief_location_map.jpg