From Wikipedia, the free encyclopedia
İrşad Nadir oğlu Əliyev (30 iyun 1944 və ya 1944, Gürzalılar, Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2012–2014), Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012), Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi (1991), Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi (1985–1991), Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi (1983–1985).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İrşad Əliyev | |
---|---|
10 aprel 2012 – 16 aprel 2014 | |
Əvvəlki | Fəxrəddin Məlikov |
Sonrakı | Ceyhun Cəfərov |
29 mart 2005 – 10 aprel 2012 | |
Əvvəlki | Xasay Əhmədov |
Sonrakı | Vaqif Abdullayev |
16 oktyabr 1994 – 23 oktyabr 2004 | |
Əvvəlki | Müzamil Abdullayev |
Sonrakı | İsmət Abasov |
21 dekabr 1992 – 16 oktyabr 1994 | |
Əvvəlki | Şakir Kərimov |
Sonrakı | Gülabbas Qəhrəmanov |
1991 – 6 avqust 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Maşallah Abdullayev |
1991 – 1991 | |
1985 – 1991 | |
1983 – 1985 | |
Əvvəlki | Əjdər Əsədov |
Sonrakı | Bəxtiyar İslamov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyun 1944 (80 yaş) və ya 1944 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzalılar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir.
Ailəlidir, üç övladı var.
Bəxtiyar İslamov 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.