From Wikipedia, the free encyclopedia
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim (X əsr, Bağdad – 995[1]) — bioqraf, biblioqraf.
"Fihrist"də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə "Fihrist" əsərini bitirdikdən sonra vəfat etmişdir.
Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması "Fihrist"in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.