From Wikipedia, the free encyclopedia
Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur. Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu əsərdə riyaziyyat və nücum elminə dair mükəmməl ümumiləşdirmələr aparan alimin bu əsərini bəzən «Elxani təqvimi» deyə də tanıyırlar.
Dünyanın bir çox nüfuzlu kitabxanalarında bu əsərin nüsxələrinə rast gəlinir, çünki, «Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri öz təcrübəsini dəqiq bir surətdə ortaya çıxartmışdır.
Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son dərəcə dəqiqliklə hesablanmışdır ki, bu da müasir astronomiya cihazlarının köməyi ilə əldə edilən dəqiq məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. «Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan ibarətdir, bu əsrin birinci kitabında yunan, fars, yəhudi, ərəb və türk təqvimləri barədə məlumat verilir və bu təqvimlərin birindən digərinə keçmək üsulları izah olunur. İkinci kitabda isə ulduzların yerdəyişməsi və onların ekliptik koordinatlar üzrə yerləşməsi barədə söhbət açılır.
«Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə astrologiya məsələlərinə toxunulur. Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya və astronomiyaya aid verdiyi cədvəllər öz dövrünün elmi informasiyasına görə çox qabaqcıl bir mövqeyə malik idi. Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin coğrafi koordinatların cədvəlinə da rast gəlmək mümkündür.
Məşhur səyyah və kaşif Xristofor Kolumbun müəllimi, tanınmış italyan alimi Paolo dal Pozzo Toskanelli Tusinin «Zic-i elxani» əsərində verdiyi cədvəllərdən istifadə edirmiş. Professor Həbibulla Məmmədbəyli bu əsərdə uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürüldüyü fikirinə əsaslanaraq, belə bir fərziyyə irəli sürmüşdü ki, Tusi hələ X. Kolumbdan çox-çox əvvələr materikin varlığından xəbərdar imişlər. Çünki, Qrinviçdən 34-35 dərəcə qərbdə yerləşən uzunluq dairəsinin ölçüsü də elə məhz Cənubi Amerika materikinin şərqinə aid olan ərazilərdən keçir. Görünür ki, Kolumbun Hindistana dəniz yolu axtarmaq bəhanəsilə dünya səyahətinə çıxmasına cəsarət verən də elə məhz Tusinin «Zic-i elxani» əsərində verilən məlumatlar olmuşdu. Bu da bizə bunu deməyə əsas verir ki, Tusi bilavasitə olaraq böyük coğrafi kəşlərin yaranmasında da bir vəsilə rolunu oynamışdı.
Alman astronomu İohann Keplerin 1627-ci ildə hazırladığı «Tabulae Rodolphinae» («Rudolf сədvəlləri») adlı əsərə qədər 350 il boyunca astronomiya sahəsində «Zic-i elxani» əsəri əsas mənbə kimi istifadə olunmuşdur. İstanbulun Kandilli rəsədxanasının kitabxanasında bu əsərin bir nüsxəsi qorunub saxlanmışdır. H. Məhəmmədbəyli «Zic-i elxani»nin bir nüsxəsini də Tusinin oğlu Əsiləddin Həsən tərəfindən köçrüldüyünü və bu nüsxənin Paris kitabxanalarında olduğunu da qeyd etmişdir.
Namiq Abbasov, Rəhim Həsənov. "Nəsirəddin Tusinin Müdriklik Fəlsəfəsi", Bakı, 2012. s.40-42.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.