Zeynalabdin Hüseynov
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Hüseynov Zeynalabdin Adil oğlu (1900, Salyan — 1969, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zeynalabdin Hüseynbəyov | |
---|---|
Zeynalabdin Adil oğlu Hüseynbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Atası | Adil |
Lənkəran kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.[1] Azərbaycana qayıtdıqdan sonra onun diplomu tanınmamışdır. Zeynalabdin bəy ikinci dəfə ali təhsil diplomu almaq üçün Kiyevə getmiş, imtahan verərək, 1927-ci ildə yeni diplomla Azərbaycana qayıtmışdır. Bundan sonra, Z. Hüseynbəyov Bakıda uşaq klinikasında işləmiş, 1935-ci ildə isə Azərbaycan Tibb İnstitutunun dosenti olmuşdur. Z. Hüseynbəyov xaricdə təhsil almış, fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən Azərbaycanın ilk pediatr professoru idi.
Fəqət sovet rejimi 1940-cı ildə Hüseynbəyovu sürgünə göndərmişdir. Həyat yoldaşını Qazaxıstana yola salan qırx bir yaşlı Terezanın kədərli günləri başlanır. Repressiyanın dəhşətli maddələrinə görə, o, ya ərindən imtina etməli, ya da sürgün olunmalı idi. Tereza ərinin yanına getməyı üstün tutur. Ancaq onu Qazaxıstana deyil, Sibirə sürgün edirlər və orada dünyasını dəyişir…
1948-ci ildə cəza müddətini başa vuran Z. Hüseynbəyov vətənə qayıdır. Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Vəli Axundovun köməkliyi ilə Yevlax rayonuna baş həkim vəzifəsinə göndərilir. Sonra Tibb institutunun rektoru Bahadur Eyvazov onu uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsinə təyin edir. Fransada ali təhsil almış məşhur həkim Azərbaycan SSR-də Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin sədri seçilir. 1969-cu ildə vəfat etmişdir. Hazırda Salyan rayon uşaq xəstəxanası onun adını daşıyır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.