Zebra Dağı Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
Zebra Dağı Milli Parkı (ing. Mountain Zebra National Park) — Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində yerləşən milli park.[1] Milli park 1937-ci ilin iyulunda nəsilləri təhlükədə olan Keyp zebrlarını qorumaq üçün təşkil olunmuşdur.
Zebra Dağı Milli Parkı | |
---|---|
ing. Mountain Zebra National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 284 km2 ha |
Mütləq hündürlüyü | 1.276 m |
Yaradılma tarixi | 1937 |
Yerləşməsi | |
32°11′ c. e. 25°37′ ş. u.HGYO | |
Ölkə | Cənubi Afrika Respublikası |
Vilayət | Şərqi Keyp |
Yaxın şəhər | Kradok |
sanparks.org/parks/mount… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1930-cu illərdə Key zebrları yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idilər. Milli parkın sahəsi o zaman 17,12 km2 idi. O zamanlar burada cəmi 5 ayğır və 1 madyan vardı və bu Keyp zebrlarının sayının artırılması üçün kifayət deyildi. 1950-ci ildə cəmi iki ayğır qalan qonşu fermer H. L. Lomland bura 11 Keyp zebrsı gətirmişdir.
1964-cü ildə burada cəmi 25 zebr vardı. Həmin il milli parkın sahəsi 65.36 km2-a çatdırılmışdır və Paul Miçau əraziyə daha 6 zebr gətirmişdir. O zamandan zebrların sayı davamlı artaraq 140-a çatmışdır. 1975-ci ildə zebrlar Qərbi Keyp vilayətindəki De Hup Təbiət Qoruğuna verilmişdir.
1978-ci ildən Keyp zebrlarının tutulması və köçürülməsi milli park rəhbərliyinin əsas məqsədinə çevrilmişdir. Hazırda milli parkdakı sürülərin sayı 350-dir, hər il 20 heyvan köçürülür və sahəsi 284 km2-dır.
Burada qaraqulaq, Afrika kəli, qara kərgədan, Afrika maralı, qara qnu, inək antilopu, adi köpgəröküz, qaraca antilop kimi məməlilər yaşayır. 2007-ci ildə buraya hepardlar gətirilmişdir. 2013-cü ildə şirlər buraxılmışdır.[2]
Burada bir neçə ağac növü bitir.[3]