Z (hərbi simvol)

From Wikipedia, the free encyclopedia

Z (hərbi simvol)

Latın əlifbasındakı Z hərfi Rusiyanın 2022-ci ildəki Ukraynaya təcavüzündə iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi maşınlarında çəkilmiş bir neçə simvoldan biridir[1][2].

Thumb
"Z" simvolu
Thumb
Z simvolu (kvadratla əhatə edilmiş
Thumb
Rusiyanın 2022-ci ildəki Ukraynaya təcavüzündə iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi maşınlarında çəkilmiş bir neçə simvoldan biri olan "V" simvolu
Thumb
Rusiyanın 2022-ci ildəki Ukraynaya təcavüzündə iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi maşınlarında çəkilmiş bir neçə simvoldan biri olan "O" simvolu

Müharibə tərəfdarı olan "Z" hərfi Rusiya hökuməti tərəfindən təbliğat vasitəsi kimi istifadə olunur[6]. Rusiya vətəndaşları da bu simvolu işğala dəstək əlaməti kimi qəbul ediblər[7][8][9][10][11]. Halbuki sovet dövründə Rusiyada "Z" hərfinə faşizmin simvollarından biri kimi məna verilmişdir[12][13][14][15]. Eyni zamanda "Z" hərfi 1973-cü ildə çəkilmiş Sovet cizgi filmində nasist esmineslərinin simvolu kimi təqdim edilmişdir. "Batmış gəmilərin xəzinələri" (Сокровища затонувших кораблей) adlı filmin üç baş qəhrəmanı olan uşaq "Neptun" sualtı qayığında səyahət edərkən dənizin dibində batmış esmineslə qarşılaşırlar. Uşaqlardan biri deyir ki, esminesin üzərindəki "Z" hərfi nasistlərin istifadə etdiyi simvoldur. Digər tərəfdən, qrafik olaraq, "Z" rus xalqının keçmişində olmuş beşbucaqlı ulduz, oraq-çəkic və ya qırmızı bayraq kimi məşhur olmuş sovet simvollarından daha çox, Nasist Almaniyasında istifadə edilən svastikaya daha yaxındır[6].

Çexiya hökuməti "Z" simvolunu svastikaya ekvivalent kimi təsnif etmişdir[19][20]. Qazaxıstan[21][20][22][23]Qırğızıstanda[20] isə nəqliyyat vasitələrinin üzərində "Z" simvolunun istifadəsi qadağandır.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.