From Wikipedia, the free encyclopedia
Zəfər Qaratay (krımtat. Zafer Qaratay,türk. Zafer Karatay) – Əslən Krım tatarı olan Türkiyə jurnalisti,[1] Krım Tatar xalqının Məclis təmsilçisi,[2]Krım Tatar milli hərəkatının aktiv üzvü,[3] Tatar Yazarlar Birliyinin, Türkiyə Jurnalistlər Cəmiyyətinin üzvü.[4]
ZƏFƏR QARATAY | |
---|---|
Zəfər Qaratay | |
Doğum tarixi | |
Doğum yeri | Günalan köyü, Ankara yaxınlığı, Türkiyə Cümhuriyyəti |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Krım tatar türkü |
Təhsili | Ankara Qazi Universiteti |
İxtisası | jurnalist |
Fəaliyyəti | jurnalist, publisist, kinorejissor, film prodüseri |
Əsərlərinin dili | türkcə |
Janrlar | Monoqrafiya,sənədli film |
Mükafatları |
Zəfər Qaratay 27 sentyabr 1958-ci ildə Türkiyənin Ankara şəhəri yaxınlığındakı Krım tatarları tərəfindən qurulan Gunalan kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Türkiyənin paytaxtında tamamlamışdır. 1980-ci ildə Ankara Dövlət Memarlıq və Mühəndislik Akademiyasından ( Gazi Universiteti , Mühəndislik və memarlıq fakültəsi) məzun olmuşdur. 1985-ci ildə Ankara Universiteti dil,tarix və coğrafiya fakültəsinə qəbul olunmuşdur.
1980-1982-ci illər arasında Türkiyə Səhiyyə və Sosial Yardım Nazirliyində və 1984-1986-cı illərdə Sanaye və Ticarət Nazirliyi Keyfiyyət və Standartlar Bölümündə çalışmışdır.2006-cı ildən İstanbul Televiziyası müdürüdür. 1985-ci ilində Türkiyə dövlət televiziya kanalının rejissor köməkçisi TRT imtahanlarını vermiş və 1986-cı ilin oktyabrından rejissor kimi fəaliyyətə başlamışdır. 1986-1989-cu illərdə musiqi, əyləncə və təhsil proqramları hazırlamışdır. 1989-cu ildən başalayaraq bir çox sənədli proqram aparmaqdadır. 2000-2002- ci illərdə TRT-də təhsil mədəniyyəti və dram proqramları direktoru kimi çalışdıqdan sonra öz arzusu ilə film çəkilişinə başlamışdır. 2004-cü ilin mart ayında TRT-nin direktoru təyin edildi. 2008-ci ilin fevralında isə direktorluqdan istefa etmiş və sənədli film istehsalına davam etmişdir.
1975-ci ildən başlayaraq Krım Tatar icması ilə birlikdə Ankara Krım Tatar milli hərəkatına qoşulmuşdur. 1983-cü ildə Krım tatarları yayın orqanı olan “Emel” dərgisinin redaktorlarından biri olmuşdur. Krım tatarlarının milli mübarizəsinin dirçəldilməsi ilə bağlı bir çox məqalə yazmışdır. 1986-cı ildə qurulan Emel Krım Fondunun qurucularından biri olan Zəfər Qaratay yarandığı gündən Direktorlar Şurasının sədr müavini vəzifəsini icra edir və bu fondun sədri və dərgisinin sahibidir.[5][6].
1998-2009-cu illər arasında “Emel” dərgisi Ankarada nəşrini dayandırsa da,2009-cu ildə xüsusilə Krımın Rusiya Federasiyasında tərəfindən işğalından sonra İstanbulda çap olunmağa başlamışdır. “Emel” dərgisi və Emel Krım Vəqfinin arxivi artıq Krımla bağlı bir çox araşdırma,elmi məlumatlar,tələbələr,diplom və doktorluq tezislərinin mənbəyinə çevrilmişdir. 1991-ci ilin iyun ayında Krım tatarlarının nümayəndəsinin səlahiyyətli sədri təyin edilmişdir. Zəfər Qaratay bir sıra beynəlxalq konfrans, forum və seminarların təşkilatçısı və iştirakçısı olmuş, Krım tatarlarının problemlərinin dünyaya duyurulması ilə əlindən gələni əsirgəməmişdir. Zəfər Qaratay Krım tatarları və Türk dünyasının problemləri ilə bağlı çox sayda məqalə dərc etdirmişdir. Elmlər doktoru, professor Nevzat Yalçıntaş və Mehmet Ciftciguzeli ilə birlikdə kitabını yazıb nəşr etdirmişdir.[7]. 2019-cu ilin aprel ayının əvvəlində "Kırımoğlu.Bir xalqın mücadiləsi" kitabı nəşr olunmuşdur. Rusiyanın Krımı işğalının unudulmaması üçün gənclərlə daim görüşlər keçirir.[8]
Zəfər Qaratayın bəzi filmleri:[3]
almışdır (2012).
yubiley medalı (22 avqust 2016)
Zəfər Qaratay Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.