From Wikipedia, the free encyclopedia
Yusif Əmənzadə (8.2.1914 — 11.03.1982) — riyaziyyat elmləri doktoru (1959), professor (1961), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968).[1][2][3]
Yusif Əmənzadə | |
---|---|
Yusif Əmən oğlu Əmənzadə | |
Doğum tarixi | 18 fevral 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 1982 (68 yaşında) |
Vəfat yeri | Bakı |
Elmi dərəcəsi | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Yusif Əmənzadə 18 fevral 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Yusif Əmənzadə elmlər namizədi və elmlər doktoru elmi dərəcələrini almışdır.[1][2][3]
Yusif Əmənzadə 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Habelə AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir. 1972-ci ildə SSRİ-nin Mexanika üzrə Milli Komitəsinin üzvü olmuşdur.[1][2][3]
Yusif Əmənzadə 1959-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, 1961-ci ildə professor elmi adını almışdır. O, 1968-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə. Əmənzadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.[1][2][3]
Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbaycan EA-nın müxbir üzvü, Y. Ə. Əmənzadəə qoymuşdur. Onun elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir.[1][2][3]
Yusif Əmənzadə, N.İ. Musxelişvili və D.İ. Şermanla birlikdə məsələlərin həlli prossesində xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk azərbaycanlı alim olmuşdur. Onun tərəfindən boşluğa malik tirin əyilmə mərkəzinin koordinatları bir burulma funksiyası vasitəsi ilə verilmişdir. Boşluğa malik yarımmüstəviyə ştambın təsiri məsələsi onun tərəfindən qoyulmuş və həll edilmişdir. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsülunu vermiş və laylı müxtəlif cinsli elastiki cisimlər üçün analitik həll üsülunu inkişaf etdirmişdir. Onun axırıncı tətqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.[1][2][3]
Yusif Əmənzadə "SSRİ-də elastiklik nəzəriyyəsinin əlaqə məsələrinin həlli" adlı monoqrafiyanın həmmüəllifi olmuşdur.[2][3]
Yusif Əmənzadə 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]
А. Н. Боголюбов. Математики Механики. — Киев, Наукова думка, 1983 (rus.)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.