Yusif Əhmədzadə

From Wikipedia, the free encyclopedia

Yusif Əhmədzadə

Yusif Əhmədzadə (XIX əsr, Göyçay26 iyul 1938, Bakı) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Cəld faktlar Fraksiya, Sonrakı ...
Yusif Əhmədzadə
Thumb
19 noyabr 1918 27 aprel 1920
FraksiyaMüsavat və bitərəflər
Sonrakıvəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi XIX əsr
Doğum yeri
Vəfat tarixi 26 iyul 1938(1938-07-26)
Vəfat yeri
Vəfat səbəbi Böyük Təmizlik
Bağla

Haqqında

Yusif Əhmədzadə Ticarət və Sənaye İttifaqının sədr müavini olmuşdur.

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi.

1919 ilin fevralında ingilislər tərəfindən Batumidə həbs edilmiş Nuru Paşanı xilas etmək lazım idi. Bu mövzuda müxtəlif versiyalar irəli sürülməkdədir. Bu versiyaların birində qeyd olunur ki, İbrahim bəy Heydərov və silahdaşları Nuru paşanın xilasını çətinliklə də olsa təşkil etməyi bacarmış və onu azad edib Bakıya gətirmişdilər. Bu işin əsas təşkilatçısı isə Azərbaycan Parlamentinin üzvü Əhmədzadə idi. O, otuzuncu illərdə repressiyaya məruz qalmış, həbs olunaraq güllələnmişdi.[1]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.