From Wikipedia, the free encyclopedia
Yunus Əmrə (güm. 1241[1], Kiçik Asiya[d] – güm. 1321[1], Kiçik Asiya[3][4][5][7][7]) — Anadoluda türkcə şeirin banilərindən biri[8]; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.[9][10]
Yunus Əmrə | |
---|---|
Yunus Əmrə | |
Təxəllüsü | Bizim Yunus |
Doğum tarixi | güm. 1241[1] |
Doğum yeri | Anadolu, Əskişəhər yaxınlığı[2] Sarayköy[3][4] |
Vəfat tarixi | güm. 1321[1] |
Vəfat yeri | Anadolu, Əskişəhər, Mihalıççıq, Sarayköy[2][5] |
Milliyyəti | Türk |
Həyat yoldaşı | Əlif xatun |
Uşaqları | İbrahim, İsmayıl |
Fəaliyyəti | şair, yazıçı |
Fəaliyyət illəri | XIII-XIV əsrlər |
Əsərlərinin dili | Türkcə |
İstiqamət | Divan[6], Təsəvvüf ədəbiyyatı, İslam fəlsəfəsi |
Yunus Əmrə Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun[11] müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından[12] Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında[13] oldusa da[14], onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir.[15] Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.[5][16]
Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir.[11] 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır.[11] Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi[5], Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi[17], məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.
Yunus Əmrə, "Risalətun-Nushiyyə" adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:"Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.[18]"
Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M. 1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:
Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi[20] və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.[8]
Yunus Əmrənin məzarı olduğu iddia edilən[4] bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu[21], Tuzcu[22] və ya Düzcü[23]) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi[24]; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı.[25]
Səyyah Övliya Çələbinin Səyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq "Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır."[26] deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir.[5] 1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı.[26] Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.[5]
Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.[26]
İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.[17] Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur.[18] Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.[18]
Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.[27]
Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır.[11][18] Şeirlər əruz və heca vəznlərində yazılmışdır.[12]
Adının mənası "Nəsihətlər kitabı"dır. Didaktik əsərdir.[27] Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:
"Sözə tarix yeddi yüz yeddi idi,
Yunus canı bu yolda fidiidi.
Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M. 1307/8) yazmış olduğu iddia olunur.[8][28][29] Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.[30]
Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə "Aşiq" mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri "aşiq olmaq" deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır.[31] Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda "imrəmək" və "imrənmək" feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.[32]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.