From Wikipedia, the free encyclopedia
Yunanıstanın Yaponiyadakı səfirliyi (yun. Πρεσβεία της Ελλάδας στην Ιαπωνία; yap. 駐日ギリシャ大使館) – Yunanıstan Respublikasının Yaponiyanın paytaxtı Tokioda yerləşən səfirliyi. Yunanıstanın Tokiodakı səfirliyi (yun. Πρεσβεία της Ελλάδας στο Τόκιο; yap. 在東京ギリシャ大使館) kimi də tanınır.
Yunanıstanın Yaponiyadakı səfirliyi | |
---|---|
Koordinatlar | 35°39′30″ şm. e. 139°43′33″ ş. u.HGYO |
Yer | Yaponiya |
Ünvan | 3-16-30 Nişiazabu, Minato, Tokio |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | rəsmi saytı |
Yaponiya ilə Yunanıstan arasında diplomatik əlaqələr 1899-cu ildə "dostluq, ticarət və naviqasiya haqqında müqavilə" imzalanmasından sonra qurulmuşdur.[1]
Birinci Dünya müharibəsinin sonlarında – 7 mart 1918-ci ildə Tokioda Yunanıstanın Yaponiyadakı krallıq nümayəndəliyi[lower-alpha 1] açılmışdır. Nümayəndəliyin ilk rəhbəri Dimitris Verenikis olmuşdur. Lakin bu nümayəndəlik beş il sonra – 9 fevral 1923-cü ildə bağlanmışdır.[2]
28 mart 1939-cu ildə Yunanıstanın Yaponiyadakı krallıq nümayəndəliyi Tokioda yenidən açılmışdır. Nümayəndəliyin rəhbəri təyin olunmuş Atanasi Qeorqi Politis Yunanıstan krallığı ilə Uzaq Şərqdəki Ox qüvvələri arasındakı diplomatik əlaqələrdən məsul olmuşdur.
6 aprel 1941-ci ildə Almaniya və İtaliya qüvvələri Yunanıstan krallığına daxil olaraq ölkəni işğal etmişdir. Mühacirətdə olan Yunanıstan hökuməti 6 dekabr 1941-ci ildə Yaponiya ilə diplomatik əlaqələrini kəsdiyini açıqlasa da, Yunanıstanın Yaponiyadakı nümayəndəliyi 9 mart 1946-cı ilə qədər rəsmi olaraq bağlanmamışdır.[2] İkinci Dünya müharibəsi illərinin sonunda Yaponiya hava üstünlüyünü itirdiyi üçün 13 ölkənin diplomatik missiyası Karuyzavaya təxliyə edilsə də, Yunanıstanın nümayəndəliyi həmin missiyalardan biri olmamışdır.[3]
19 may 1953-cü ildə Yunanıstan krallığı San-Fransisko müqaviləsini ratifikasiya etmiş və Yaponiya ilə diplomatik əlaqələrini bərpa etmişdir. 15 avqust 1959-cu ildə Tokioda Yunanıstanın krallıq nümayəndəliyi yenidən fəaliyyətə başlamışdır.[2] 18 oktyabr 1960-cı ildə bu nümayəndəlik Yunanıstanın Yaponiyadakı krallıq səfirliyi[lower-alpha 2] statusuna qaldırılmışdır.[2]
21 aprel 1967-ci ildə Yunanıstanda baş vermiş hərbi çevriliş nəticəsində Yunanıstanda monarxiya ləğv olunmuşdur. Çevrilişdən beş ay sonra – 18 sentyabrda yeni səfir Dimitris Avramidis öz etimadnaməsini İmperator Hirohitoya təqdim etmiş və səfirliyin adından krallıq sözü çıxarılmışdır.
10 mart 2022-ci ildən etibarən Yunanıstanın Yaponiyadakı səfiri vəzifəsini Dimitrios Karamitros-Tziras icra edir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.