Yulemiste gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yulemiste gölü (est. Ülemiste järv) — Estoniyanın paytaxtı Tallin şəhəri ətrafında ən böyük göl. Yulemiste gölü Tallin şəhərini içməli su ilə təmin edən Tallin su sisteminin əsas hissəsidir.[1] Göl əsasən Kurna çayı və Pirita çayı (Vaskyala-Yulemiste kanalı ilə) ilə qidalanır.
Yulemiste | |
---|---|
et/Ülemiste | |
| |
Ümumi məlumatlar | |
Tipi | Evtrofik |
Mütləq hündürlüyü | 35,7 m |
Eni | 3,2 km |
Uzunluğu | 4,1 km |
Sahil uzunluğu | 15,219 km |
Sahəsi | 9,436 km² |
Dərin yeri | 4,2 m |
Orta dərinliyi | 2,5 m |
Tökülən çaylar | Vaskyala–Yulemiste kanalı (Pirita çayından), Kurna çayı, Ruunaoya çayı |
Axan çaylar | Tallinn sus sistemi; tarixən Hyaryapea çayı |
Yerləşməsi | |
59°24′ şm. e. 24°46′ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Vilayət | |
Rayon |
|
Yaşayış məntəqəsi | Tallin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün şərq sahilində Tallin Hava Limanı yerləşir və təyyarələr gölün üzərindən keçərək hava limanına enirlər. Bu göl mümkün təyyarə qəzalarının qarşısını almaqda yardımcı olur.
Gölün şimalında Tallinn Water Company tərəfindən nəzarət olunan su təmizləmə müəssisəsi yerləşir. Yulemiste gölü şəhərin su təlabatının 90 %-ni qarşılayır. Digər 10 % isə yeraltı sulara aiddir. Lakin göl şəhəri su ilə təmin edə bildiyindən gölün çirklənməsi ehtimalı nəzərə alınaraq yeraltı sular ehtiyat kimi saxlanılır. Hava limanının gölə olan yaxınlığı riski də əhəmiyyətsiz deyildir.
18 mart 2010-cu ildə DHL Antonov An-26 tipli təyyarə donmuş Yulemiste gölünə təcili eniş etməli olmuşdur, nəticədə, 1,5 ton yanacaq gölün suyuna sızmışdır. Lakin göl sonda tamamilə təmizlənmişdir və təyyarənin 6 ekipaj üzvündən heç biri yaralanmamışdır.[2][3][4]
İnzibati cəhətdən göl Tallin şəhərinin Kesklin rayonunun tərkibindədir və yaxınlıqdakı meşələrlə Yulemisteyyarve altrayonunu əmələ gətirir. 1 yanvar 2014-cü ilin məlumatına görə altrayonun əhalisi 203 nəfərdir.[5]
Göldə Lindaviki ("Linda qayası") adlı aşınmış qaya parçası yerləşir. Eston mifologiyasına görə qaya parçalarından biri olan Linda əri Kalevin Toompeadakı qəbrinə çatmalı idi, lakin önlüyünü düşürmüşdür. Qaya parçasının üzərində oturan Linda ağlamağa başlamışdır, göz yaşlarından göl əmələ gəlmişdir.
Əfsanəvi "Yulemiste ağsaqqalı"nın (est. Ülemiste vanake) bu göldə yaşadığına inanılır. Deyilənə görə kimsə onunla qarşılaşsa həmin şəxsdən soruşacaq: "Tallin hazırdır?". Əgər şəxs "bəli" desə, şəhəri su basacaq. Düzgün cavab isə belə olmalıdır: "Yox, hələ çox var".
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.