Remove ads
Neymar haqqinda melumat Neymar jr 19087 kareyasi var Neymar jr eyagin kesdiyin sonra pis oldu Neymar jr 13245 qollu olub From Wikipedia, the free encyclopedia
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatorial diametr 12 754 km, qütb diametri isə 12 711 km-dir)[1] və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır:
Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (yuxarı mantiya və aşağı mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır.
Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir[2].
İlk sıçrayış səthi orta hesabla təqribən 60-70 km dərinlikdədir. Burada uzununa dalğaların sürəti bir dəfəyə 8 km/san-yə çatır. Sonra gələn təbəqədə sürət tədricən artır və 2900 km dərinlikdə 13 km/san-yə olur. Bundan sonra kəskin surətdə 8 km/san-dək azalır, sonra Yerin mərkəzinə doğru tədricən 11 km/san-yə qədər artır. Eninə dalğalar 2900 km-dən dərinə keçmir və bu dərinlikdə əks olunur və səthə qayıdır. Seysmik dalğaların sürətlərinin 70 və 2900 km dərinliklərdə kəskin dəyişməsi bu dərinliklərdə maddələrin sıxlığının sıçrayışla artdığını göstərir.
Yerin dərinlik quruluşu aşağıdakı cədvəldə izah olunur[3]:
Dərinlik | Qatlar |
---|---|
0-60 | Litosfer (5-200 km) |
0-35 | Yer qabığı (5-70 км) |
35-60 | Mantiyanın yuxarı hissəsi |
35-2890 | Mantiya |
100-200 | Astenosfer |
35-660 | Yuxarı mantiya |
660-2890 | Aşağı mantiya |
2890-5150 | Xarici nüvə |
5150-6371 | Daxili nüvə |
Yer qabığı iki tipə ayrılır: Okeanik və materik Yer qabığı. Geoloji epoxada okeanik Yer qabığının qalınlığı 5-dən 10 km-ə qədərdir. O, üç təbəqədən ibarətdir: üst nazik (1 km-dən artıq deyil) dəniz çöküntüləri təbəqəsi, orta (1,0-2,5 km) bazalt adlanan təbəqə və qalınlığı 5 km-ə yaxın olan, ehtimal ki, qabbrodan ibarət alt təbəqə. Kontinental qabıq daha mürəkkəbdir. Onun qalınlığı orta hesabla 35–45 km-dir. Dağlıq ölkələrdə 70 km-ə çatır. O da üç təbəqədən ibarətdir: bazalt, qranit və çökmə təbəqə.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.