Yatkayed gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yatkayed gölü[1] – Kanadanın Nunavut ərazisinin Kivallik regionununda yerləşən göl. Anqikuni gölü ilə Forde gölü arasında yerləşən bu göl Kazan çayı üzərindəki bir neçə göldən biridir.
Yatkayed gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 82 m |
Uzunluğu |
|
Sahəsi |
|
Yerləşməsi | |
62°40′00″ şm. e. 97°58′00″ q. u.HGYO | |
Ölkə | |
|
Göl ərazidə yaşayan maral ovçusu xalqı olan Sayisi Dene xalqı tərəfindən adlandırılıb. Ərazidə inuit artifaktları da tapılmışdır.
Yatkayed gölü dünyada yeganə göldür ki, onda yerləşən adanın gölündə başqa bir ada, həmin adadakı başqa göldə başqa bir ada, həmin adadakı başqa bir göldə isə başqa ada yerləşir. Başqa sözlə, Yatkayed gölüdəki adanın gölüdəki adanın gölündəki adanın gölündə ada var.[2]
Göl Kanada qalxanının şimal-qərbində yerləşən Çörçil platformasının Qərbi Çörçil bölgəsindəki Hörn ərazisində yerləşir.
Kanada atlasına əsasən ölkənin mərkəzi gölün cənubunda yerləşir.[3]
Yatkayed çöküntü hövzəsi uran, mis və molibden ehtiyatları ilə zəngindir. Kaminak qızıl şirkəti 81 min ha ərazidə mədənçilik işləri aparır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.