Yaponiya Bankının Valyuta Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yaponiya Bankının Valyuta Muzeyi (貨幣博物館, Kahey Hakubutsukan?) – Yaponiyanın Tokio şəhərində, Yaponiya bankının qabağında yerləşən muzey. Muzey Yaponiya tarixində istifadə olunmuş sikkə və əsginaslara həsr olunmuşdur.
Yaponiya Bankının Valyuta Muzeyi | |
---|---|
Əsası qoyulub | noyabr 1985 |
Açılış tarixi | noyabr 1985 |
Mövzu | Yaponiya valyutası[d] |
Ölkə | |
Yerləşir | Nihonbaşi-Honkokuço[d] |
35°41′07″ şm. e. 139°46′18″ ş. u.HGYO | |
imes.boj.or.jp/cm/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya Bankının Valyuta Muzeyi 1985-ci ildə Yaponiya bankının 100 illiyi münasibətilə açılmışdır.[1] Muzeyin məqsədi Yaponiya pullarını toplamaq, mühafizə etmək və nümayiş etdirməkdir.[1]
Muzey sərgisinin əsasının Senpeykan kolleksiyası təşkil edir.[1] Bu kolleksiya XIX–XX əsrlərdə yaşamış numizmatik Tanaka Keybuna məxsusdur.[1] O, Yaponiya və Çində istifadə olunmuş tarixi valyutaları toplamışdır.[1] Kolleksiya Senpeykan muzeyində saxlanılmış olsa da, 1944-cü ildə Yaponiya bankına bağışlanılmışdır.[1]
Muzeydə Yaponiyanın ilk sikkələri olan fuhonsen sikkələrinin replikaları, Min sülaləsi dövrünə aid Çin sikkələri, vadokayçin sikkələri, qızıl külçələr, oban adlı qızıl sikkələr, Yaponiya bankı tərəfindən tədavülə buraxılmış ilk əsginas sərgilənir.[1] Miyazaki prefekturasında kəşf edilmiş və kim tərəfindən basdırıldığı naməlum olan 7700 Çin sikkəsi muzeyin 60 santimetr hündürlüyündəki gil qabında saxlanılır.[1] Muzeydə Yaponiya bankı tərəfindən tədavülə buraxılmış bütün əsginaslar, eləcə də, sikkə kəsmə metodları nümayiş etdirilir.[1]
Muzeydə böyük məbləğdə olan pul çəkiləri hiss etmək üçün şərait də yaradılıb.[1] Məsələn, ziyarətçilər 10 kiloqram ağırlığında olan 100 milyon yenin çəkisini hiss edə bilərlər.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.