Yəhya bəy Dilqəm From Wikipedia, the free encyclopedia
Yəhya Bəy Dilqəm (1830, Dəllər Cırdaxan – 1865, Dəllər Cırdaxan) — azərbaycanlı aşıq.[1]
Yəhya bəy Dilqəm | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Dəllər Cırdaxan |
Vəfat tarixi | |
Vəfat yeri | Dəllər Cırdaxan |
Fəaliyyəti | şair |
Yəhya bəy Dilqəm Vikimənbədə |
Yəhya bəy Dilqəm XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şamxor (indiki Şəmkir) rayonunun Dəllər Cırdaxan kəndində dünyaya gəlib. Təbiət gözəlliklərinə vurğun olan aşığın uşaqlığı Kür qırağında keçib. Bütün həyatı dərin sarsıntılar, ağır iztirablar içində keçən aşıq həmişə taleyindən şikayətçi olub. Gəncliyindən dərin məhəbbətlə, saf, təmiz duyğularla sevdiyi əmisi qızı ilə uğursuz məhəbbəti onun həmişəlik nisgilinə dönüb.
Özündən sonra qalan ədəbi irsi, həyatına bağlanan "Dilqəm" dastanı aşıq haqqında müəyyən məlumatlar öyrənməyə imkan yaradır. Axtarışlar göstərir ki, o, yaradıcılığa çox erkən başlayıb. Həm ifaçı, həm də yaradıcı aşıq kimi sazı və sözü daim bir-birini tamamlayıb. Dərdli aşıq məclislərdə daha çox öz şeirlərini oxuyur, küskün taleyindən şikayətlərini el-obaya bu yolla çatdırarmış. Onun çox çətin çalara, zəngin xallara və sanballı döndərmələrə malik olan "Dilqəmi" ən dəyərli saz havalarından biridir.
Aşığın dillərdə qalan şeirlərindən məlum olur ki, o, bir şair kimi dərin təbə malik imiş. Daha çox qoşma və gəraylı janrında dediyi sözlərin əksəriyyəti onun uğursuz taleyindən şikayətləridi. Aşığın yaradıcılığına nəzər yetirərkən onda Molla Pənah Vaqifin təsiri duyulur. Badi-səbaya şikayətində, gözələ, eşqə, məhəbbətə müraciətlərində bu daha çox hiss olunur. Bununla belə Dilqəmin özünəməxsus həyat amalı varmış. Aşığın fikrincə, xəyallarda təsvir edilən cənnət pəriləri, qılmanları, real həyatın özündədir. Yer üzünün gözəlləri necə varsa, şair dili ilə, eləcə də təsvir edilməlidir. Onları əfsanələşdirməyəsə ehtiyac yoxdur.
Dilqəmin yaradıcılığındakı maraqlı cəhətlərdən biri də onun seçdiyi orijinal rədif-qafiyələrdir. "Yetirmola", "Azalırmola", "Varmola" kimi neçə-neçə bəndə rədif sonluqları aşığın özünəməxsusluğundan xəbər verir.
Yəhya bəy Dilqəmin adı ilə bağlı olan "Dilqəm" dastanı da neçə illərdir ki, aşıqların dilindən düşmür. Aşığın həyatı ilə bağlı maraqlı epizodlar, gərgin, dinamik əhvalatlarla zəngin olan kövrək duyumlu bu dastan olmuş əhvalatların təsviri baxımından maraqlıdır və bəzi dastanlar kimi uydurmalardan uzaqdır. Əfsanələrdən və mübaliğələrdən daha çox real həyat həqiqətlərini sevən Dilqəmin obrazı dastanda çox bariz şəkildə təsvir edilir. Onun saf məhəbbətinə qarşı doğma əmisi qızının xəyanətləri və Yəhya bəy Dilqəmin ömrünün axırına qədər də öz eşqinə sadiq qalması "Dilqəm" dastanının ana xəttini təşkil edir. Təəssüf ki, bu gözəl dastanı tamam-kamal bilən aşıqlar azdır ki, bu da onun geniş təbliğinə ziyan gətirir.
2001-ci ildə aşıqın şərəfinə onun doğma kəndi olan Dəllər Cırdaxan kəndində park salınmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.