From Wikipedia, the free encyclopedia
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər.
Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır.
Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına. Alnından öpüb onu qalxızır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra baldız, qayın, elti və bəy gəlini oynadırlar[1].
Ağ xonça — Oğlan evində Novruz, Ramazan və digər xalq bayramları şərəfinə tutulub nişanlı qızlara aparılan və və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasının adı. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, rəngli şamlar yandırarlarmış. Onun başqa adı "bayram yemişi", "görəlgə", "novruzpayı"dır[2].
Qənd paşı — qədim adətlərimizdən biridir. Qız evinə gedən nişan qablarını boş qaytarmazdılar. Bu qabların içində oğlan evinə qız evindən "qənd paşı" xonçası göndərərdilər. Bu xonçanın içində yağlı şəkərli bişirmələrdən şəkərbura, şəkərçörəyi, alma, fətir və s. qoyulardı. "qənd paşı" xonçasının içində qız evinin qabları olardısa oğlan evi o qabları boş qaytarmazdı. Gərək onun içinə bir dəst parça, bir və ya iki dənə imperial (qızıl pul) qoyub göndərirdilər[3].
Şirniqabağı xonça — Quba bölgəsində icra olunan xonçaqayıtdı mərasimində oğlan evinin qızgilə gətirdiyi şirni xonçaları əvəzində qız evindən oğlangilə göndərilən xüsusi xonçanın adı. Dörd hədiyyə araxçın, qırmızı ipək yaylıq, tənbəki kisəsi və bir şəkərbağı (şalvara keçirilən uzun qaytan) hazırlayıb, onları dörd nimçə şirniyyatla birlikdə siniyə düzərək üzərini zərli parça, yaxud qələmkar süfrə ilə örtürlər. Bu xonçadakı şəkərbura, şəkərtıxma və bu kimi çörəklərin üstü xüsusi güllərlə naxışlandığı üçün onlara güllü çörək deyilir. Xalq arasında o, daha çox "şirniqabı xonça" adı ilə tanınır[4].
Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta, paxlava, şəkərbura, şorqoğalı, və bayram çərəzləri qoyulur. Xonçanın içindəkilərin üzərinə buğdadan hazırlanmış qorğa səpilər. Xonçada yer alan hər təamın öz mənası var:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.