Remove ads
From Wikipedia, the free encyclopedia
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub[1], çox vaxt dəst halında toxunur.
Xalça | |
Xalı | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Azərbaycan xalçaçılıq məktəbləri |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.[2]
Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.