Xəlil Sultan
From Wikipedia, the free encyclopedia
Xəlil Sultan bin Miranşah (14 sentyabr 1384, Herat – 4 noyabr 1411, Rey) — Əmir Teymurun böyük oğlu Miranşahın oğludur və Teymurilər dövlətinin ikinci hökmdarıdır. 1405–1409 arası Teymurilər Sultanı olmuşdur. Əmir Teymurun ölümündən sonra xələf olaraq ordunun dəstəyi ilə Səmərqənddə taxta çıxdı. Lakin eyni zamanda Teymurun oğlu Heratda taxta çıxmışdı. 1409-cu ildə Şahrux Mirzə Səmərqəndə yürüş etdi və Xəlil Sultanın arvadını əsir götürdü. Bundan sonra Xəlil Sultan təslim oldu və taxtdan endirildi. Taxtdan endirilən Xəlil Sultan Şahrux Mirzə tərəfindən Rey qubernatoru təyin olundu . Həyatını Rey qubernatoru olaraq 1411-ci ildə itirdi və ölümündən sonra arvadı da intihar etdi.[1]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xəlil Sultan | |
---|---|
![]() | |
1405 – 1409 | |
Əvvəlki | Əmir Teymur |
Sonrakı | Şahrux Mirzə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1384 |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 1411 (27 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | Sultan Miranşah mirzə |
Ailəsi | Teymurilər |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
Xanımları
- Cahan Sultan ağa — Əmir Teymurun bacısı Sevinc Qutluq ağanın nəvəsidir. 1397-ci ildə evlənmişdir.
- Şadmülk ağa (ö. 1411) — 1404-cü ildə gizlicə evlənmişdir. Babası Əmir Teymur onun öldürülməsini əmr etsə də, artıq hamilə olması və Saraymülk ağanın araya girməsiylə xilas oldu.
- Adı bilinməyən bir xanım
Oğulları
- Əli mirzə — anasının adı bilinmir.
- Məhəmməd Bahadur mirzə — Cahan Sultan ağadan doğulub.
- Bərkul mirzə — Cahan Sultan ağadan doğulub.
- Məhəmməd Bayqara mirzə — Şadmülk ağadan doğulub.
Qızları
- Çiçək ağa — Cahan Sultan ağadan doğulub.
- Şirinbəy ağa — Cahan Sultan ağadan doğulub.
- Sarayməlik ağa — Şadmülk ağadan doğulub.
- Sultan Bədiəlmülk ağa — Şadmülk ağadan doğulub. Məhəmməd Uluqbəylə evlənmişdir.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.