From Wikipedia, the free encyclopedia
Xəlifə Beynəlxalq Stadionu (ərəb. إستاد خليفة الدولي) — Qətərin paytaxtı Dohada inşa edilən "Doha Sports City" kompleksinin bir hissəsi olan, çox məqsədli stadion. Qətərin keçmiş əmiri Xəlifə bin Həməd Al Taninin adını daşıyır.[1] 2011 AFC Asiya Kubokunun finalı bu stadionda keçirildi. Stadion eyni zamanda 2022 FİFA Dünya Kubokunun bir hissəsinə ev sahibliyi edəcək ilk tamamlanmış məkandır.[2]
Xəlifə | |
---|---|
Tam adı | Xəlifə Beynəlxalq Stadionu |
Yeri | Qətər, Doha |
Açılış tarixi | 1976 |
Yenidən qurulma tarixi | 2005, 2014–2017 |
Memar | Dar Al-Handasah |
Sahibi | Qətər milli futbol komandası |
Tamaşaçı tutumu | 50.000 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion 1976-cı ildə açıldı.[3] 1992-ci ildə stadion 15 oyunla 11-ci Körfəz Kubokunun oyunlarına ev sahibliyi etdi. Qətər finalda birinci oldu və ilk qolf kubokunu qazandı.[4][5] 2005-ci ildə 2006 Asiya Oyunlarından əvvəl onun tutumunu ilk 20 000 idi və 40 000-ə qədər artırmaq üçün stadion yenilənərək və genişləndirildi.[6]
Stadionun qərb tərəfini dam əhatə edir. Şərq tərəfində, 2006 Asiya Oyunlarının açılış mərasimində atəşfəşanlıq atmaq üçün bir platforma olaraq istifadə edilən böyük bir tağ hissə mövcuddur. 2005-ci ildə yenidən qurulmadan əvvəl stadion əsasən Futbol Assosiasiyasının (futbol) oyunlarına ev sahibliyi etmək üçün istifadə olunurdu, lakin bir çox digər idman növləri üçün təchiz olunmuşdu. Bu həmçinin Qətər milli futbol komandasının ev stadionudur. Stadionda 2011 Pan Ərəb Oyunlarının 6 oyunu — Qətər millisinin qrup mərhələsindəki bütün oyunları, həmçinin turnirin dörddəbir, yarı final və final oyunları keçirilmişdir.[7]
Yeni təmirdən sonra stadion 2017-ci ilin may ayında yenidən açıldı.
Stadion, 2019-cu ilin sentyabr və oktyabr aylarında 2019 Yüngül Atletika üzrə Dünya Çempionatının keçirildiyi yer olub.
2022-ci ildə 2022 FİFA Dünya Kubokunu Qətərdə keçirmək qərarından sonra stadionun tutumunun 68 minə çatdırılması planlaşdırılırdı.[8]
Tarix | Vaxt(QST) | Klub #1 | Nəticə | Klub #2 | Raund |
---|---|---|---|---|---|
7 yanvar 2011 | 19:15 | Qətər | 0–2 | Özbəkistan | Qrup A |
12 yanvar 2011 | 19:15 | ÇXR | 0–2 | Qətər | |
16 yanvar 2011 | 19:15 | Qətər | 3–0 | Küveyt | |
21 yanvar 2011 | 19:25 | Özbəkistan | 2–1 | Yaponiya | 1/4 final |
25 yanvar 2011 | 19:25 | Özbəkistan | 0–6 | Avstraliya | Yarı final |
29 yanvar 2011 | 18:00 | Avstraliya | 0–1 | Yaponiya | Final |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.