From Wikipedia, the free encyclopedia
Xədicə Sultan (1465, Amasya – 1500, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2]
Xədicə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1465 |
Doğum yeri | |
Vəfat tarixi | 1500 |
Vəfat yeri | |
Atası | II Bəyazid |
Anası | Bülbül Xatun |
Həyat yoldaşları |
Qara Mustafa Paşa Faiq Paşa |
Uşaqları |
Sultanzadə Mehmed bəy Xanzadə xanım Sultan |
Xədicə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Xədicə Sultan 1479-cu ildə Həmzə bəyin nəvələrindən müdərris Qara Mustafa Paşayla evləndi. Cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi. Nikahdan sonra vəzir rütbəsi alan Mustafa Paşa gizlicə Cem Sultanı dəstəkləməsi bəhanə göstərilərək Gədik Əhməd Paşanın təşəbbüsüylə edam edildi.
Ərinin edamından sonra atasına küsən Xədicə Sultan övladlarını da yanına alaraq Bursaya getdi. Daha sonra atasının əmriylə Bursa zadəganlarından Faiq Paşayla zorla nigahlandı. 1500-cü ildə Bursada vəfat etdi. Cənazəsi vaxtilə müalicə aldığı yeraltı bulaqların olduğu yerdə dəfn edildi və Bursa subaşısı olan oğlu Mehmed bəy tərəfindən məzarı üzərində türbə inşa edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.