Remove ads
From Wikipedia, the free encyclopedia
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi.[1] OMON-a Rövşən Cavadov rəhbərlik edirdi.
Xüsusi Təyinatlı Polis Dəstəsi | |
---|---|
Ölkə |
Azərbaycan SSR Azərbaycan |
Döyüşlər |
Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi.
Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi.
İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir. Dəstənin sayı 3000 nəfərdir. Respublika büdcəsindən maliyyələşdirilir.
Üçüncü pillə: Azərbaycanın demək olar ki, bütün bölgələrində yaradılan XTPD və ya özünümüdafiə milis birləşmələri. Yerli polisə tabedir. Yerli bölmələrin ümumi sayı 8000 nəfərdir. Yerli büdcələrdən maliyyələşdirilir.
XTPD üzvlərinin təlimi iki təlim mərkəzində aparılır. Birincisi Bakının Xəzər rayonunda yerləşirdi (milis orta məktəbi, təlim müddəti 30 gündür). İkincisi Bakının Nizami rayonunun Keşlə stansiyasında idi (SSRİ Daxili İşlər Nazirliyinin təlim alayı), burada təlim müddəti 45 gün çəkirdi. Tədris qruplarının sayı 30 nəfərdir. Təlim tamamlandıqdan sonra ümumi nümunə sertifikatları verilir. Təlim keçənlərin maksimum yaş həddi 45 idi. XTPD bölmələri arasında yalnız Əfqanıstanda, Efiopiyada, Vyetnamda və s. döyüşlərdə iştirak edənlərdən qurulan, hücum qrupları adlanan kiçik birləşmələr də var idi. 20-25 nəfərlik bu qruplar şəxsi tanışlıq əsasında yaradılırdı.
1991-ci ilin may ayında baş prokuror İsmət Qayıbov aşağıdakıların XTPD-nin silahlanmasına verildiyini bildirib:
Bütün silahlar üçün 2,5 döyüş sursatı verildi. Zirehli texnikaya aşağıdakılar daxil idi:
Bundan başqa tanınma nişanları olmayan 3 ədəd MI-8T helikopteri də vardı.
XTPD bölmələri aşağıdakı ərazilərdə yerləşdirilir: Xankəndi Hava Limanı - 150 nəfər, Xocalı (DQMV) - 200, Şuşa (DQMV) - 350, Malıbəyli - 200, Ağdam - 350, Laçın - 400, Füzuli - 250 nəfər. Hərbi texnika Ağdam, Laçın, Şərur (o vaxt İliçevsk adlanırdı) şəhərlərində cəmləşmişdi. Vertolyot bazası Laçından 40 km aralıda yerləşir.[2]
1990-cı ilin avqust ayında Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yarandı, sonradan adı dəyişdirilərək Xüsusi Təyinatlı Polis Dəstəsi (OPON) adlandı. İlk dəfə cəmi 60 nəfərdən ibarət batalyonda sonralar 3000 nəfər olub. Bundan sonra Rövşən Cavadov polkovnik hərbi rütbəsi alıb və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD (xüsusi təyinatlı polis dəstəsi) adlandırılıb. Horadizin erməni işğalından azad edilməsi, Ağdam yaxınlığında 150 nəfərə qədər erməninin əsir götürülməsi, Ağdərənin Heyvalı kəndində erməni düşərgəsinin məhv edilməsində XTPD-nin böyük rolu olub. 1991-ci ildə döyüş meydanında göstərdikləri rəşadətə görə bir sıra XTPD-çi milli qəhrəman adına layiq görülüb.
XTMD-nin ilk rəsmi hərbi əməliyyatı 1990-cı ilin noyabr ayında Xocalı aeroportunun nəzarətə götürülməsi oldu. Axşamdan başlayaraq, səhərə yaxın bir güllə belə atılmadan uğurla başa çatdı və nəticədə Dağlıq Qarabağdan yeganə çıxış nöqtəsi olan bu obyekt 1 ildən çox Azərbaycan OMON-nun nəzarətində qaldı.
Azərbaycan OMON-u 1991-ci ilin May-Avqust aylarında Çaykənd (Koltso) əməliyyatını həyata keçirmişdir. Çaykənd əməliyyatından sonra, yəni 1991-ci ilin aprel-may aylarından etibarən OMON Qarabağ döyüşlərində aktiv iştirak etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.