Dövlət qurumu From Wikipedia, the free encyclopedia
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ya qısaca XRİTDX — Birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan xüsusi xidmət orqanıdır. Azərbaycan Respublikasının dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir[2][3].
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 26 sentyabr 2012 |
Əvvəlki qurum | Xüsusi Dövlət Mühafizə Xidməti |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | |
Ünvan | Bakı şəhəri |
Rəhbərlik | |
Rəis | İlqar Musayev [1] |
|
|
Tabeliyində olan orqan | Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi |
Rəsmi saytı | scis.gov.az |
İlk olaraq 1994-cü il 01 oktyabr tarixində Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə "İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" qərar qəbul etmişdir.[4][5]
Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 24 sentyabr tarixli sərəncamı ilə 26 sentyabr – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.