From Wikipedia, the free encyclopedia
Vyetnam - Cənub Şərqi Asiyada yerləşir. Ölkə Hind-Çin yarımadasının şərq sahili boyu 1600 km məsafədə şimaldan cənuba doğru uzanır. Qərbdə Laos və Kamboca, şimalda Çin ilə həmsərhəddir. Cənub və şərqdən Cənubi Çin dənizi ilə sərhəddir.
Vyetnm ərazisinin 80 %-ni alçaq və orta hündürlüklü dağlar təşkil edir. Şimalda bir birinə paralel olan qırışıq-qayma dağ silsilələri uzanır. Silsilələr cənub-şərq istiqamətdə yerləşir. Hoanqlenşon (Vyetnamın ən yüksək zirvəsi Fanşipan - 3143 m), Şusunqtyaotyay, Şamşao silsilələri dar və dərin vadilərlə bir birindən ayrılır. Vyetnamın qərb sərhədləri boyu Annams (Çıonqşon) dağ silsiləsi uzanır. Ölkənin mərkəzində və cənub hissəsində bazalt mənşəli Pleyk, Daklak, Lamven, Zilin yaylaları yerləşir. Yaylalar mərkəzi Teynquen massivini təşkil edir. Ölkə ərtazisinin 30%-ni meşələr təşkil edir.
Vyetnamın şimalında, Xonqxa çayı deltası və dağ ətəyi bölgədə Bakbo allüvial-delta düzənliyi yerləşir. Ölkənin ən sıx məskunlaşma bölgəsi məhs buradır (1100 nəfər/km²). Vyetnamın paytaxtı Hanoy bu bölgədə yerləşir.
Digər allüvial-delta dezənliyi Nambo ölkənin cənub-qərb ucqarında, Mekonq çay deltasında formalaşmışdır. Bölgə əhali sıxlığı ilə diqqət çəkir və böyük sənaye mərkəzi olan Hoşimin şəhəri burada yerləşir.[1]
Vyetnamda subekvatorial musson iqlim hakimdir. Ancaq ölkənin şimaldan cənuba doğru böyük məsafədə uzanması iqlimində mürəkkəbliyin yaranmasına səbəb olmuşdur. Qışda cənub bölgələri isti (26° С), şimalda isə hava sərin olur (15° С). Çin ərazisindən soyuq hava kütlələrinin daxili olması nəticəsində havanın temperaturu bəzən 1° С düşür. 1500 metrdən yuxarı ərazilərdə şaxtalar qeydə alınır.
Yağıntıların paylanması da ölkə üzrə fərqlidir. Qış cənubda daha quru, şimalda isə rütubətli olur. Yay fəslində musson yağışları bütün ölkə ərazisində müşahidə olunur. Yayın sonunda, payızın əvvəlində Vyetnam sahillərində dağıdıcı tayfunlar qeydə alınır. Dağların külək tutan yamaclarında yağıntılar 2500–3000 mm, əks yamaclarda — 700–900 mm olur.[2]
Cənub-Şərqi Asiyanın böyük və bolsulu çayları olan Xonqxa və Mekonqun mənsəbləri Vyetnam ərazisindədir. Çaylar Cənubi Çin dənizinə tökülür. Digər böyük olmayan çaylar əsasən Teynquen və Annams dağlarından öz mənbələrini götürürlər. Cənubi Çin dənizinə tökülən zaman bu çaylar ensiz akkumulyativ sahil düzənliklərini formalaşdırmış
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.