Voyacer qızıl plastinkası

From Wikipedia, the free encyclopedia

Voyacer qızıl plastinkası

Voyacer qızıl plastinkası — 1977-ci ildə Voyacer 1 kosmik gəmisində kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı. Voyacer-1-in 40.000 il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir.[1]

Thumb
Voyager Qızıl Plastinkası
Thumb
Voyager Qızıl Plastinkasının Qutusu

İçindəkilər

Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Həmçinin BMT başçısı Kurt ValdhaymABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunmuşdur. Voyacer qızıl plastinkasının içərisinə 27 melodiya daxil olunmuşdur. Bu melodiyalardan biri Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" adlanan kompozisiyadır.[2][3][4][5]

Material

Plastinka qızılla örtülmüş misdən düzəldilmişdir. Plastinkanın qutusu alüminiumdur ve tam saflaşdırılmış uran-238 izotopu ilə örtülmüşdür. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir. Plastinkanı ələ keçirdən mümkün varlıqlar uranın radioaktiv parçalanmasından yaranan elementlərə olan nisbətinə baxaraq plastinkanın yaşını təyin edə bilər.

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.