From Wikipedia, the free encyclopedia
Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[1][2][…], Barnaul[1][3]) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru.[6]
Vladimir Şamanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1957[1][2][…] (67 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Xidmət illəri | 1978-ci ildən |
Rütbəsi | general-polkovnik (2012) |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib.[7]
1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub.[8]
1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub. Azərbaycan qoşunlarının Goranboy əməliyyatında iştirak edib.[9]
14 mart 2006-cı ildən 9 noyabr 2007-ci ilə qədər — Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri.
2008-ci ilin avqustunda o, Kodori dərəsində əməliyyat zamanı gürcü qoşunlarını məğlub edən Abxaziyadakı rus hərbi qrupuna rəhbərlik edib.[10][11]
2014-cü il mayın 12-dən Şamanov Rusiya hava-desant qüvvələrinin Krımda yerləşdirilməsinə görə Aİ ölkələrinin sanksiyaları altındadır.[12][13] 26 may 2014-cü ildə o, Monteneqro, İslandiya, Norveç, Albaniya və Lixtenşteynin sanksiya siyahısına daxil edilib.[14]
24 fevral 2022-ci ildə o, "Donetsk və Luqanskdakı qondarma respublikaların müstəqilliyinin tanınmasına səs verdiyinə görə" Kanadanın "rejim tərəfdaşları" sanksiya siyahısına daxil edilib.[15][16]
2022-ci il sentyabrın 30-da Rusiyanın Ukraynaya müdaxiləsi fonunda o, "saxta referendumlara" və "Ukrayna ərazilərinin Rusiya işğalçı qüvvələri tərəfindən ilhaqına" cavab olaraq ABŞ-nin sanksiyalar siyahısına əlavə edilib.[17]
Eyni səbəblərə görə Böyük Britaniya, İsveçrə, Avstraliya, Ukrayna və Yeni Zelandiyanın sanksiya siyahısındadır.[18][19]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.