From Wikipedia, the free encyclopedia
Viktoriya adası (rus. Виктория) — elədə böyük olmayan arktika zonasında, Barens dənizi akvatoriyasında, Şpitsbergen (Norveç) və Frans-İosif Torpağı (Rusiya) arxipelaqları arasında yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın uzunluğu 5 km, eni isə 2,5 km təşkil edir. 1932-ci ilin sentyabrında 6 il Norveçlə SSRİ arasında olan ərazi mübahisəsindən sonra ada Sovetlər Birliyinin ərazisi kimi təstiqlənmişdir. 2016-cı il məlumatına əsasən adada daimi əlali yaşamır. Amma 1959—1992-ci illər ərzimndə adada qütb stansiyası fəaliyyət göstərmişdir. Bu stansiyanın əməkdaşları əsasən alimlər və hərtbiçilər idi. Ada qlobal istiləşmə ilə əlaqədar olaraq özünün buzlaq örtüyünü tədricən itirir. Müəyyən turistik əhəmiyyətə malikdir. Belə ki, ada gəmi yollarının üzərində yerləşməsi və qütbə yaxınlığı ilə seçilir.[1]
Viktoriya adası | |
---|---|
rus. Виктория | |
Ümumi məlumatlar | |
Sahəsi | 10,8 km² |
Uzunluğu |
|
Eni | 3,3 km |
Hündür nöqtəsi | 105 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°08′45″ şm. e. 36°43′04″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada üçbucaq formasına malikdir və zirvəsi adanımn şimalında yerləşir.[2] Rusiya Federasiyasının qütb dairəsində ən ucqar qərb nöqtəsini təşkil edir. Norveç ərazisində yerləşən Ağ adasından 60 km şərqdə, Frans-İosif Torpağına daxil olan Aleksandra Torpağı adasından isə 170 km qərbdə yerləşir. Adanın cənub sahillərini Barens dənizi,Ş şimal sahillərini isə Şimal Buzlu okean suları yuyur. Bununlada ada təbi su sərhədi rolunu oynayır.[3]
Adanın ucqar şimal nöqtəsi Knipoviç burnudur. Adanın sahəsi 10,8 km²-dir. Dünyanın bir çox xəritələrində təsvir edilmir.[4][5]
1990-cı illərə qədər ərazisinin böyük hissəsini örtük buzlaqları tuturdu. Bircə adanın şimalında 10 ha əraziyə sahib olan dil istisna idi. Örtük buzlağının hündürlüyü 150 metrə çatırdı. Buzlaq dənizə doğru uçurumla bitir. Zubovun fikirinə görə buzlaqlar arası qatlar illərə görə bölünür. XX əsrin 90-cı illərindən etibarən örtük buzlağının sahəsi azalmağa başlamışdır. Bu əsasən cənub sahillərindən başlayır. 2012-ci ildə buzlağın sahəsi 6,1 km² olmuşdur ki, bu da adanın 56 % təşkil edir.[6] Artıq bu proses qarşısı alınmaz həddə çatmışdır. Çox guman ki, gələcəkdə ada buzlaqdan tam azad olacaqdır.[1]
Uzaqda yerləşən bu ada heç zaman köklü əhaliyə sahib olmamışdır. Ada ilk dəfə 20 iyul 1898-ci ildə norveçli kapitan Yohannes Nilsen və Ludvig Bernard Sebulonsen tərəfindən kəşf edilmişdir. Ada öz adını 1 gün sonra almışdır. Yohannen kapitanı olduğu britaniyalı səyyah Arnold Payın «Viktoriya» gəmisində adanı kəşf etdiyindən adanı gəminin şərəfinə adlandırmışdır.
Viktoriya adası və Frans-İosif Torpağı uzun zaman dünyanın super gücləri tərəfindən maraq dairəsi xarixində olmuşdur. Heç bir ölkə bu adalara rəsmi ərazi iddiasında olmamışdır.[7][8] 1926-cı ildə isə adalar SSRİ tərəfindən ələ keçirilmişdir[9]. XX əsrin 20-ci illərinin sonunda Norveç adalara idialar irəli sürmüşdür. Onlar adanı hətta «Fritof Nansen Torpağı» olaraq adlandırırlar.
Şpisberqen traktadına görə ada Norveçin qütb əraziləri xaricində yerləşdiyindən heç kəsin torpağı sayılmırdı. 15 aprel 1926-cı il dekreti ilə SSRİ Frans-İosif Torpağını ərazisinə qatır. Norveç bu addımı pisləyərək qəbul etmir. Ancaq onlar bunun üçün rəsmi səviyyədə bir tədbir görməmişdilər. Halbuki Lars Kristensen Buve adasını Norveçə birləşdirməyə müvəffəq olmuşdu. Onların Viktoriya adasına birinci ekspedisiyası uğursuz olur.
29 iyul 1929-cu ildə Otto Şmitd «Qeorqi Sedov» buzqıran gəmisində qütbə ekspedisiya təşkil edərkən Quker adasına SSRİ bayrağını sancır və Frans-İosif Torpağını SSRİ ərazisi elan edir. 1930-cu il 8 avqust saat 04:30 kapitan Peder Elyasen başda olmaqla Norveç ekspedisiyası adaya yan alır. Ancaq buna qədər Frans-İosif Torpağı artıq SSRİ ərazisi elan edilmişdi. Norveç SSRİ tərəfdən ola biləcək təhlükəni nəzərə alaraq öz təbələrini adanı tərk etməsinə göstəriş vermişdir.
1932-ci ildə Nikolay Knipoviç qəmisində S. Popov adanı tam dövrüyəyə alaraq SSRİ bayrağını adaya sancmışdır.
1 noyabr 1959-cu ildən adada Viktoriya Qütb stansiyası fəaliyyət göstərmişdir.[10] Burada 2-5 arası əməkdaş fəaliyyət göstərirdi. 1 aprel 1994-cü ildə isə stansiya fəaliyyətini dayandırmışdır.[11] 1985-ci ildə 90-cı illərin əvvələrinə qədər adada HHMQ aid qoşun növü yerləşdirilmişdi.
Adada morjlara aid yataq vardır. Üstəlik burada ağ ayı və ağ qağayını görmək mümkündür. Adanı Rus Arktikası Milli Parkı[12] ərazisinə daxil etmək istəsələrdə sonda bu baş tutmamışdır.[13]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.