From Wikipedia, the free encyclopedia
Viktoriya Markovna İvleva-York (rus. ́Виктория Марковна Ивлева-Йорк; 1 iyun 1956, Leninqrad) — Rusiya jurnalisti və fotoqrafı. "Azad media" mükafatı laureatı (2008).
1956-cı ildə Leninqradda anadan olub. Leninqrad Mədəniyyət İnstitutunda təhsil aldığı zaman fotoqrafiya ilə məşğul olan rəfiqəsi onu öz hobbisi ilə tanış edib. Fotoqrafiyadan ciddi təsirlənən Viktoriya, nəticədə institutu tərk edib və fotoqrafiya məktəbinə daxil olaraq, oranı bitirib. 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.[1].
SSRİ-nin dağıldığı dönəmdə dünyanın ayrı-ayrı qaynar yerlərində çalışıb. Ruanda və Xocalı soyqırımılarında fotoqraf kimi fəaliyyət göstərib.[2][3] 1992-ci ildə Çernobıl reaktorunun içindən reportaj hazırladığı üçün "World Press Photo" mükafatına layiq görülüb.[4]
"Novaya qazeta" qəzetində işləyib. İvlevanın məqalələri "Oqonyok" jurnalında, "Moskovskie novosti", "Der Spiegel", "Le Figaro", "The Guardian", "The New York Times" qəzetlərində və digər nəşrlərdə dərc olunub.[2]
Donbassdakı müharibədə Ukraynanı dəstəkləyir,[5] könüllü olaraq Xarkov fəalları ilə birlikdə Rusiya tərəfindən işğal olunmuş ərazilərdən insanları çıxarıb, dərman və ərzaq çatdırıb.[6] 2022-ci ilin martından Kiyevdə yaşayır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.