From Wikipedia, the free encyclopedia
Vasif Rasif oğlu Eyvazzadə (19 avqust 1985, Astara rayonu) — ABŞ-də Johns Hopkins Universitetinin Qlobal İnsan Resurslarının Meneceri və universitetin [1]Jhpiego Korporasiyasının Müxtəliflik, Bərabərlik, İnkluzivlik və Mənsubiyyət məsələləri üzrə Qlobal Şuranın sədri və Qlobal Meneceri, həmçinin Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunun (ABŞ) təsisçi direktoru.
Vasif Eyvazzadə | |
---|---|
Doğum tarixi | 19 avqust 1985 (39 yaş) |
Doğum yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə Astara rayonunda anadan olub. Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2008-ci illərdə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil almış, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetində Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. 2021–2023-cü illərdə isə İspaniyada GBSB Qlobal Biznes Məktəbində Biznes innovasiyaları üzrə magistr təhsili almışdır. 1996, 1999 və 2000-ci illərdə İstedad Festivalının poeziya nominasiyası üzrə qaliblərindən biri olub. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar", 2022–2024-cü illərdə ABŞ-də HRCI, Cənubi Florida Universiteti və Johns Hopkins Universitetinin müxtəliflik, bərabərlik və inklüzivliyin idarəedilməsi üzrə sertifikatlaşdırma Proqramlarını bitirib.
Vasif Eyvazzadə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, 2006–2009-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, 2012–2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2018–2020-ci illərdə Aparat rəhbərinin müavini — Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri olmuşdur.[2] 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri olmuş və bir sıra beynəlxalq layihələrlə bağlı öz istəyi ilə aparat rəhbəri vəzifəsindən ayrılmışdır.
Vasif Eyvazzadə 2008-ci ildən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşı olduğu "Bakı Prosesi" Beynəlxalq İşçi Qrupun katibi[3], 2016–2022-ci illərdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Şurasının üzvü və Azərbaycan Respublikası üzrə Milli Komissiyasının baş katibi olmuşdur.[4] 2018–2022-ci illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Koordinasiya qrupunun üzvü[5], 2019–2022-ci illərdə Mədəniyyət Nazirliyində Yaradıcı sənayelərin inkişafı üzrə işçi qrupun rəhbəri olmuşdur.[6] Bakıda Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015, 2017, 2019), UNESCO-nun Seyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsi (2013), İCESCO-nun Baş Konfransı (2015), BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (2016)[7], UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü Sessiyasının (2019) Əməliyyat qrupunun rəhbəri olub.[8]70-dən çox xarici ölkədə keçirilmiş konfrans, forum və iclaslarda, hökumətlərarası komissiyalarda Azərbaycanı təmsil edib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa İttifaqı, İCESCO, QDİƏT, TÜRKSOY və digər beynəlxalq təşkilatların Azərbaycanla birgə həyata keçirdikləri bir sıra vacib layihələrə rəhbərlik edib.[9] UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş mədəni irs nümunələri və yaradıcı şəhərlər şəbəkəsinə daxil edilmiş şəhərlər, yubileylər proqramına, həmçinin UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş "Şəki xan sarayı ilə birgə tarixi mərkəzinin" namizədlik dosyelərinin hazırlanması prosesini koordinasiya etmişdir. Vasif Eyvazzadə 2019-cu ildə yaradılan "Kreativ Azərbaycan" (www.creative.az) və 2022-ci ildə isə yaradılan ARTSALE (www.artsale.az) platformalarının təşəbbüskarıdır.[10] V. Eyvazzadə eyni zamanda Global Kommunikasiyalar və Innovasiyalar (www.acif.az) şirkətinin Beynəlxalq Ekspert komissiyasının rəhbəri olaraq 2022-ci ildə "İrsin İdarədilməsi Təlim Proqramı"nı təsis edərək ilk dəfə UNESCO-nun konvensiyaları üzrə təlim kurslarının təşkil etmişdir.
2021-ci ilin iyun ayında Azərbaycan Hökuməti ilə BMT Sivilizasiyalar Alyansı və İCESCO-nun birgə elan etdiyi "Mədəniyyət naminə Sülh" (Peace4Culture) Qlobal Kampaniyasının və bu çərçivədə bir sıra layihələrin ideya müəllifidir.[11]
Vasif Eyvazzadə 2021-ci ildə UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının sədri olmuşdur.[12]2021–2024-cü illərdə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin ilk sədri olmuşdur. 2022-ci ilin mart ayında isə London şəhərində Koventri Universitetinin Sülh, Etimad və Sosyal Münasibətlər Mərkəzinin qurucu sədri ilə birgə İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasını (www.peaceforsecurity.com), 2023-cü ildə ABŞ-də Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunu (ICICEM-www.icicem.com) təsis etmişdir.
2010–2011-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsində zabit kimi həqiqi hərbi xidmət keçib və ehtiyatda olan zabitdir
(leytenant).
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[13], 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu[14] və Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilib.
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, 3 oğlu var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.