From Wikipedia, the free encyclopedia
Əliyev Vasif İzzət oğlu (21 sentyabr 1941, Astara) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.[1]
Vasif Əliyev | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 77 saylı Astara |
Əvvəlki | İsgəndər Quliyev |
Sonrakı | Aslan Cəfərov |
Şəxsi məlumatlar | |
Doğum adı | Əliyev Vasif İzzət oğlu |
Doğum tarixi | 21 sentyabr 1941 (83 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Vasif Əliyev 1941-ci il sentyabrın 21-də Astara şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz mədənlərinin maşın və avadanlığı fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Əməkdar mühəndisdir. 1 monoqrafiyanın, 3 kitabın və 36 məqalənin müəllifidir. 7 ixtirası və 3 patenti vardır. Rus və ingilis dillərini bilir.
1963-cü ildən Neft Mədənləri İdarəsində çilingər, mexanik, qaz–kompressor stansiyasının rəisi, qaz–kompressor sexi rəisinin müavini, baş mühəndis, 1973-cü ildən "Qaradağneft" NQÇİ-də sex rəisi, "Azərqaznəqliyyat" İstehsalat Birliyində mexanikləşdirilmiş səyyar dəstənin rəisi, 1977-ci ildən Azərbaycan qaz emalı zavodunda blok üzrə mühəndis-mexanik, 1978-ci ildən "Neft Daşları" NQÇİ-də qaz–kompressor sexi rəisinin müavini işləmişdir. 1980-ci ildən Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyinin böyük mühəndisi, şöbə rəisi vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə ARDNŞ-nin Neftin və qazın strateji problemlərinin koordinasiyası departamentinin rəisi olmuşdur. Evlidir, 3 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan–Belarus, Azərbaycan–İraq, Azərbaycan–Makedoniya, Azərbaycan–Suriya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.