Vənənd
Ordubad rayonunda kənd From Wikipedia, the free encyclopedia
Ordubad rayonunda kənd From Wikipedia, the free encyclopedia
Vənənd — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Vənənd | |
---|---|
38°56′30″ şm. e. 45°55′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erməni tarixçisi Moisey Xorenlinin (V əsr) məlumatına görə bu oykonim ədim türkdilli bulqarlardan Vahandur Vəndin adı ilə bağlıdır. Qafqazdan şm-da və qara dəniz sahillərində yaşamış bulqarlar m.ö. II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoymuş olduqları yaşayış məntəqələri də tayfanın başçısının adı ilə bağlı olmuşdur(Vənənd). XII əsrdə Qars vilayətində Vənənd yaşayış məntəqəsi və Vənənd mahalı qeydə alınmışdır. Yaşayış məntəqəsi hələ erkən orta əsrdə oradan gəlmiş ailələrin Naxçıvanda məskunlaşması nəticəsində yaranmış və ona köhnə yurdun adı verilmişdir. Tədqiqatçıların bir qisminin ehtimalına görə toponim Azərbaycanın məhçur Əlvəndi tayfasının adından götürülmüşdür. Oykonim hər iki halda etnotoponimdir.
Vənənd Azərbaycanın tarixi yaşayış məntəqələrindəndir. Vənəndlilərin adı ilə bağlıdır. Buradakı qədim qəbiristandan qoç formalı qəbirüstü daş abidələr tapılmışdır. Mənbələrdə orta əsrlərdə Naxçıvan tüməninin Giran bölgəsində kənd olduğu qeyd edilir. Vənənddə İranın siyasi xadimi, tarixçi Məhəmməd Cüveyni (1225-83) tərəfindən layiqli xanəgah tikilmiş, ona əmlak vəqf edilmişdir. Vənənd 18-ci əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinin tərkibində idi. Bu dövürdə kəndin gəliri 12.783 axça təşkil edirdi. Vənənddə orta əsrlərə aid tarixi-memarlıq abidələrindən məscid, hamam və s. qalıqları saxlanmışdır. Şair Qüdsi Vənəndi bu kənddə doğulmuşdur.[2]
Kəndin orta məktəbi, kitabxanası, mədəniyyət evi, musiqi məktəbi, xəstəxanası, körpə evi var.
Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Vənəndçayın sahilində, Ordubad-Unus avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Əhalisi 2455 nəfərdir.[3]
Əhalisi taxılçılıq, meyvəçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.