Vüsal Tağıbəyli (1972, Hüngütlü, Göyçay rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı, jurnalist, «Vicdanlı qələm», «Peşəkar jurnalist», «Qızıl qələm», «Məmməd Araz» mükafatçısı.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Vüsal Tağıbəyli
Doğum tarixi (51 yaş)
Doğum yeri Hüngütlü, Göyçay rayonu, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Bağla

Həyatı

Vüsal Vaqif oğlu Tağıbəyli. 1972-ci il dekabrın 26-da Göyçay rayonunun Hüngütlü kəndində doğulub. Orta təhsilini əvvəlcə kənd səkkizillik məktəbində, sonra isə Göyçay şəhər 9 saylı orta məktəbdə (indiki Rəsul Rza adına 1 saylı orta məktəb) alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olub və oranı 1995-ci ildə Yaxın və Orta Şərq Ölkələri üzrə mütəxəssis ixtisası üzrə bitirib.

Jurnalistika fəaliyyəti barədə

İlk əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda başlayıb. 1998-ci ildən mətbuatda çalışır. «Rezonans», «Tam məxfi», «Bizim əsr» və digər qəzetlərdə, eləcə də «Heydər Əliyev məktəbi» jurnalında işləyib. 2001-ci ilin aprel ayından «Həftə içi» qəzetində çalışır.

Mətbuatda çalışdığı illər ərzində əsasən beynəlxalq və geosiyasi proseslərin analizi ilə məşğul olub, bütün sahələrdə araşdırma və reportajları ilə fərqlənib.

İndiyədək jurnalist fəaliyyəti ilə bağlı 36 dəfə xarici ölkələrə səfər edib. 2011-ci ildə Tehranda keçirilən Beynəlxalq Mətbuat Sərgisində, 2015-ci ilin may ayında İstanbulda toplaşan Dünya Turizm Sərgisində, eləcə də Çanaqqalada keçirilmiş Türkdilli ölkələrin media təmsilçilərinin 7-ci görüşündə, 2023-cü ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb Media Konfransında Azərbaycanın adından iştirak edib.

Özbəkistanİraqda geniş araşdırmalar aparan jurnalistin məqalələri Türkiyə, İran, Kosovo, Kipr, Makedoniya, Rumıniya və sair ölkələrdə yayımlanıb.

Bədii yaradıcılığı barədə

Ədəbi yaradıcılığa fərqli hekayələr yazmaqla başlayıb. Xüsusilə də macəra tipli hekayələrə üstünlük verən yazar getdiyi ölkələrdə şahidi olduğu və ya eşitdiyi maraqlı real hadisələri bədiləşdirməyə üstünlük verir.

Əsərləri

«Vətən eşqi», «Dağlarda qalan məzar», «Qisasçı qum dənəcikləri», «Yaşamaq üçün doğulmuşlar», «Torosların kəməri», «Zülmətdən nura doğru», «Cavabsız məhəbbət», «Qartal qız», «Qana boyanmış çiçəklər», “Sərhədçi”, "Yaşamaq gözəldir", "Zirzəmi" adlı hekayə və esselərin müəllifidir.

"Qartal qız" adlı hekayəsi Rumıniyada rumın dilində, "Qisasçı qum dənəcikləri" hekayəsi isə İranda fars dilində çap edilib.

Nəşr olunmuş kitabları: «Qana boyanmış çiçəklər», "İki çay arasında cənnət", "Türkmənlər".

Aldıgı mükafatlar

«Vicdanlı qələm», «Peşəkar jurnalist», «Qızıl qələm», «Məmməd Araz» və sair mükafatlarla təltif edilib.

İstinadlar

http://hafta.az/suveys-bohrani-ve-misir-xalqinin-boyuk-qelebesi-1469-xeber.html Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine,

http://hafta.az/quslarin-mehv-etdiyi-teyyareler-2682-xeber.html Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine,

http://hafta.az/amerika-indi-bize-xidmet-edir-%E2%80%93-cavad-cahangirzade--208-xeber.html Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine,

http://demokrat.az/news/11779,

https://www.medyaberlin.com/medya.berlin-azerbeycan-haber-portali-hafta.az-a-konuk-oldu Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine,

http://www.hasanonat.net/index.php/features/module-variations/59-safeviler-forsta-temsil-edilsin-haberi-uezerine-soeylesi Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine,

https://kafkassam.com/%C9%99rdoganin-az%C9%99rbaycana-s%C9%99f%C9%99ri-dunyaya-mesajdir.html,

http://www.zeynebiye.com/novruz-dunyada-sulh-gunu_h76412.html Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine,

http://newscenter.az/2019/07/01/gln-il-avstriyada-xocal-soyqrm-abidsi-ucaldlacaq.html,

http://www.kosovahaber.net/?page=2,21,11463

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.