From Wikipedia, the free encyclopedia
Ukraynanın Xorvatiya səfirliyi (ukr. Посольство України в Республіці Хорватія) — Ukraynanın Xorvatiyanın Zaqreb şəhərində yerləşən səfirliyi.
Ukraynanın Xorvatiya səfirliyi | |
---|---|
![]() Səfirliyin binası | |
Koordinatlar | 45°48′02″ şm. e. 15°58′25″ ş. u.HGYO |
Yer | Xorvatiya |
Ünvan | Вочарська №52, Zaqreb |
Səfir | Vasili Kiriliç |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.croatia.mfa.gov.ua |
Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il fevralın 18-də Ukrayna və Xorvatiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb.[1] 1995-ci ildə isə Ukraynanın Xorvatiya səfirliyi yaradıldı.
Ukraynanın Xorvatiyada olan fövqəldə və səlahiyyətli səfiri Vasili Kiriliçdir. O, 2019-cu ildən bu vəzifədədir.
Seamless Wikipedia browsing. On steroids.